İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi təqdim edilib

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonundaİslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar Birliyi tərəfindən müsabiqənin əsasnaməsi hazırlanıb və həmin əsasnaməyə uyğun olaraq təyin edilmiş münsiflər heyəti tərəfindən loqotip seçilib. Müsabiqədə həm Naxçıvanda, həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar, memarlar və tələbələr iştirak edib, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip təqdim olunub. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixinimüasirliyini əks etdirməsinə üstünlük verilib.

Loqotipin müəllifi Tapdıq Həmzəyev bildirib ki, Rəssamlar Birliyinin digər üzvləri kimi, mən də müsabiqəyə qatılaraq 3 layihə təqdim etdim. Hazırladığım loqotipin seçilməsi məni şox sevindirdi.

 

Azərbaycan.- 2017.- 3 mart.- S. 4.