Azərbaycan idmanı ilə də nümunə göstərir

 

5 mart Bədən Tərbiyəsi və İdman Günüdür

 

Bu gün idman Azərbaycanda ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib. İdmançılarımız ildən-ilə dünyanın ən nüfuzlu yarışlarında yüksək nailiyyətlər əldə ediblər. Bütün bu uğurlar isə ölkədə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xətti həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.

Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə daha da uca tutulmasında bədən tərbiyəsinin əhəmiyyəti və rolunu nəzərə alan Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günükimi qeyd olunur. Qüvvədə olan “Bədən tərbiyəsi və idman haqqında” qanun bu sahədə fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.

Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin müxtəlif turnirlərdə qazandığı yüksək nəticələr idmanda ölkəmizə böyük imic qazandırıb. İdmanımızın bu bayram günündə ötən bir ildə keçilmiş yoluna nəzər salmalı olsaq, paytaxtımızda keçirilən yarışlar sırasında dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi yada düşər. İyunun 17-19-da təşkil olunan sürət yarışında 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizə aparıb. Sürət, çağırış və cazibə sözləri ilə simvolizə olunan Bakı Şəhər Halqası “Formula-1” yarışlarının ən yeni turniri idi. İndiyədək bütün yarışlarda olduğu kimi, bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə keçirilmiş “Formula-1” Avropa Qran-prisi dünyada əks-səda doğurub və 500 milyon tamaşaçı tərəfindən izlənilib.

Ötən ilin may ayında Azərbaycan daha bir nüfuzlu yarışa evsahibliyi edib. Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı keçirildi. Mayın 21-dək davam edən qitə birinciliyində 16 ölkənin - Azərbaycan, Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, BosniyaHerseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, ŞotlandiyaAvstriya milli komandaları iştirak etdi. Turnirin qalibi adını isə finalda İspaniya yığmasına qalib gələn Portuqaliya millisi qazanıb.

Paytaxtımızın 2016-cı ildə evsahibliyi etdiyi möhtəşəm turnirlərdən biriÜmumdünya Şahmat Olimpiadası idi. Sentyabrda sayca 42-ci dəfə təşkil olunan yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.

Ümumiyyətlə, idmançılarımız 2016-cı ildə 837 medal qazanıblar ki, bunlardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. İdmançılarımızın qazandıqları nəticələrə nəzər salsaq, XXX Yay Olimpiya Oyunlarında qazanılan uğurları qeyd etmək kifayətdir.

Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin Braziliyanın Rio-de-Janeyro şəhərində göstərdikləri möhkəm iradə, əsl qələbə əzmi ölkə idmanının inkişafı sahəsində aparılan müntəzəm və məqsədyönlü işlərin bəhrəsi idi. Planetin ən mötəbər idman turnirində böyük uğur qazanaraq vətənə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıdan idmançılarımız tarix yazdılar. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının mübarizə apardığı turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq, islam, türkQafqaz ölkələri arasında lider oldu.

Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu, Londonda 204 ölkə arasında 30-cu yeri tutmuşdusa, son olimpiadada medalların sayına görə 15-ci olduq. Medal sayına görə MDB- 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız Azərbaycan idmanının inkişafının göstəricisidir.

Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa, bu dəfə say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak kanoe) taekvondodur.

Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan biri olub. Finalda nigerli idmançıya qalib gələn Radik (6:2) Olimpiya çempionu oldu. Milad Beiqi Harçeqani Patimat Abakarova isə bürünc medala sevindilər.

Bu il isə Azərbaycan idmançılarını daha bir ciddi sınaq gözləyir. Belə ki, 2015-ci ildə təşkil olunan ilk Avropa Oyunlarından sonra mayın 12-22-də Azərbaycan daha bir nüfuzlu idman tədbirinə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək. Belə nüfuzlu bir yarışın Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu təsdiq olunub. Son 2 ildə belə mötəbər yarışlara evsahibliyi etməklə Azərbaycan bir sıra aparıcı idman ölkələrinə nümunə göstərilir. “Bakı-2015”dən sonra belə nüfuzlu tədbirin paytaxtımızda təşkili irimiqyaslı idman turnirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları bir daha nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun daha da artmasını təmin edəcəkdir.

Dünyanın 50-dən çox islam dövlətinin 5 minədək idmançısının yarışacağı 4-cü İslamiada islam Həmrəyliyi Oyunları yarışlarının tarixində yeni mərhələ olacaq. “Bakı-2017”nin proqramına 24 idman növü - atletika, para-atletika, suyatullanma, üzgüçülük, su polosu, basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, paracüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo ağır atletika daxildir.

Yarışlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, Sərhədçi İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası, Dalğa Arena, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Milli Gimnastika Arenasında keçiriləcək.

Prezident İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin bazalarının yaradılması haqqında qərarları insanları bu sahəyə cəlb edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində 40-dan çox müasir olimpiya idman mərkəzləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən olimpiya idman komleksləri indi bölgə idmanının inkişafında mühüm rol oynayır.

Bu gün isə idman ictimaiyyəti - gənclər təşkilatları, idman klubları, federasiyalar öz bayramlarını qeyd edəcəklər. Bayram münasibətilə müxtəlif tədbirlər keçiriləcək, paytaxtın mərkəzində idmançıların nümunəvi çıxışları olacaq. Həmçinin gənc nəslin ən yaxşı nümayəndələri ən yaxşı idmançılar mükafatlandırılacaqlar.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 5 mart.- S. 3.