T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə Təhsin Mütəllim oğlu Mütəllimova “Əməkdar elm xadimi” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart  2017-ci il

 

Azərbaycan.- 2017.- 7 mart.- S. 4.