Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

 

Hörmətli Birinci vitse-prezident.

Sizi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə təbrik etmək istərdim.

Sizə möhkəm cansağlığı xoşbəxtlik diləyir, ölkənizin, xalqınızın rifahı firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin Birinci vitse-prezident vəzifəsindəki fəaliyyətiniz, xüsusən 2017-ci ildə Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasına sədrlik etdiyi 2017-ci ilin Beynəlxalq İnkişaf naminə Davamlı Turizm ili kimi qeyd olunmasının Azərbaycan tərəfindən dəstəkləndiyi bir zamanda, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin təməlini qoyduğu əlaqələrimizi daha da gücləndirəcək.

Sizi yeni vəzifəniz münasibətilə bir daha təbrik edir may ayında keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakı şəhərinə səfərim zamanı Sizinlə görüşmək ümidi ilə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Taleb Rifai

Birləşmiş Millətlər Ümumdünya

Turizm Təşkilatının baş katibi

 

Azərbaycan.- 2017.- 8 mart.- S.1.