Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya

 

Hörmətli Mehriban xanım Əliyeva.

Ölkənizin ümummilli məsələlərinin irəliləməsi və Azərbaycan cəmiyyətinin inkişafı naminə böyük səylərinizin Zati-aliləri Prezident İlham Əliyev tərəfindən dəyərləndirilərək Birinci vitse-prezident vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik etməkdən şərəf və məmnunluq duyuram. Sizin bariz keyfiyyətləriniz, güclü qabiliyyətiniz və zəngin təcrübəniz üzərinizə düşən vəzifələrin layiqincə və tam şəkildə yerinə yetirilməsinə imkan vermiş və həqiqətən Azərbaycan xalqının yüksək rəğbətini və ehtiramını qazandırmışdır.

Ulu Tanrıdan dəyərli ölkənizə xidmət üçün şərəfli vəzifənizin yerinə yetirilməsində Sizə uğurlar diləyirəm.

Zati-aliləri Birinci vitse-prezident, mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Əbdüləziz Osman əl-Tuveycri

ISESCO-nun baş direktoru

 

Azərbaycan.- 2017.- 8 mart.- S.1.