Mehriban Əliyevanın nəcib təşəbbüsləri on minlərlə uşağa sağlam həyat bəxş edir

 

Azərbaycan dövlətinin və şəxsən Birinci vitse-prezidentin himayəsi, qayğısı nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya sistemi ən yüksək səviyyəyə uyğun qurulub

 

Prezident İlham Əliyevin sosial inkişaf kursu sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli dövlət qayğısı ilə təmin olunmasına şərait yaradıb. Bu istiqamətdə ölkəmizdə aparılan siyasət həmin uşaqların sağlamlıqlarının bərpası, onların səmərəli reabilitasiyasosial xidmətlər sistemi ilə əhatə olunması üçün həyata keçirilən tədbirlərin ildən-ilə güclənməsi ilə müşahidə olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüslərinin nəticəsi olan humanist layihələr də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində mühüm addımların atılmasında xüsusi önəm kəsb edir.

Belə layihələrdən biri kimi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin yaradılması bu təbəqədən olan uşaqların ən müasir tələblərə uyğun fizioterapevtik müalicə xidmətləri ilə təmin edilməsi imkanlarının daha da genişlənməsinə səbəb olub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu müəssisədə qum terapiyasından, artterapiya üsullarından, müalicəvi vannalardan istifadə şəraitində uşaqların müalicəsi təşkil edilməklə, onların sosial reabilitasiyası yönündə də məqsədyönlü prosedurlar tətbiq olunur. Mərkəzdə uyğunlaşma tədrisi otağı da fəaliyyət göstərir ki, burada sağlamlıq imkanları məhdud uşaqların tədrisi oyunoyuncaqlar vasitəsilə əyləncəvi formada aparılır. Həmin uşaqların psixolojifiziki imkanlarının qiymətləndirilməsi üçün nəzərdə tutulan kabinetdə isə pediatr, nevroloqpsixoloq tərəfindən müayinə və qiymətləndirmə həyata keçirilir. Burada bütün otaqlarda quraşdırılan müşahidə kameraları valideynlərə uşaqlarının tibbisosial reabilitasiyası üçün aparılan işləri müşahidə etməyə imkan yaradır.

Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasında, onların tibbi-sosial reabilitasiyasında mühüm rola malik müəssisələrdən biri də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzidir. Son illərdə respublikamızda bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi yönündə aparılan işlər bu Uşaq Bərpa Mərkəzini də əhatə edib. 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan bu Uşaq Bərpa Mərkəzi hazırda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ən müasir tələblərə uyğun reabilitasiya şəraitinə malik olması ilə seçilir.

Mərkəzin fəaliyyətinin əsas məqsədi də səmərəli tibbi, sosial, tədris-peşə reabilitasiyası tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud olan uşaqların sosial statusunun bərpa edilməsi, onların cəmiyyətə inteqrasiyasıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlara həm stasionar, həm də ambulator qaydada reabilitasiya xidmətlərinin göstərildiyi 42 çarpayılıq mərkəzdə informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiyafunksional diaqnostika şöbələri fəaliyyət göstərir. Burada uşaqların diaqnostikası, onların reabilitasiya potensialının müəyyənləşdirilməsi, tibbi-sosial, tədris-peşə reabilitasiyası üzrə prosedurların tətbiqi, onların şəxsiyyətinin korreksiyası məqsədilə kompleks psixolojipedaqoji tədbirlərin həyata keçirilməsi üçün müasir tələblər səviyyəsində şərait yaradılıb. Bu işlərin yüksək keyfiyyətlə görülməsi üçün mərkəz ən müasir tibbi cihazreabilitasiya avadanlıqları ilə də təchiz edilib. Mərkəzin həyətində geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, uşaqların təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Uşaq Bərpa Mərkəzinin baş həkimi Şahin Tağıyev bizimlə söhbətində bildirdi ki, mərkəzdə yaradılmış ən müasir tələblər səviyyəsində bərpa-müalicə şəraiti sağlamlıq imkanları məhdud uşaqlara, onların reabilitasiyasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısının əyani təzahürüdür: Bizuşaqlara olan Prezident qayğısına, Mehriban xanım Əliyevanın böyük himayədarlığına layiq şəkildə fəaliyyət göstərməyə, buraya gələn sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə bərpa xidmətləri göstərməyə, onların səmərəli reabilitasiyasını təmin etməyə çalışırıq. Mərkəzə qəbul olunan hər bir sağlamlıq imkanları məhdud olan uşaq üçün fərdi reabilitasiya planı hazırlanır və bu plan əsasında kompleks bərpa müalicəsi işləri aparılır”.

Baş həkim qeyd edib ki, bu işlər sırasında fizioterapiya, masaj, hovuz müalicəsi, psixoterapiya, müalicəvi bədən tərbiyəsi, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işis. xüsusi yer tutur: “Həmin işlərin görülməsində mərkəzdəki müasir tibbdiaqnostik cihazlardan, reabilitasiya avadanlıqlarından geniş istifadə edilir. Mərkəzdə çalışan yüksək ixtisaslı mütəxəssislər öz vəzifələrini lazımınca yerinə yetirməklə yanaşı, müvafiq anamnestik, patogenik, sosial tədqiqatlar aparmaqla sağlamlıq imkanları məhdudluğunun yaranması səbəblərini də araşdırırlar”.

Ş.Tağıyev bildirib ki, bu Uşaq Bərpa Mərkəzi 2003-cü ildə yaradılıb və həmin vaxtdan mərkəzdə ölkəmizin bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsi yüksək peşəkarlıqla həyata keçirilir: “Ötən dövrdə mərkəzdə 19 minə yaxın sağlamlıq imkanları məhdud olan uşağa reabilitasiya xidmətləri göstərilib. Cari ilin yanvar-fevral aylarında isə burada 200 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa stasionar, 320-dək uşağa isə ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib. Mərkəzimizə qəbul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininnazirliyin tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin göndərişləri əsasında həyata keçirilir. Uşaq Bərpa Mərkəzi bərpa müalicəsinə cəlb olunmuş hər bir uşağın ehtiyac duyduğu reabilitasiya xidmətləri ilə təminatı işinin yüksək səviyyədə aparılmasına, cəmiyyətə inteqrasiya olunmasına, sağlam uşaqların cərgəsinə qoşulmasına çalışır. Xəstəliklərinə uyğun olaraq uşaqlara 15-20 gün müddətində reabilitasiya kursu müəyyən olunur. Bu müddətdə cəlb olunduqları bərpa-müalicə proqramları həmin uşaqların davranışlarındakı qüsurların azalmasına, onların səhhətində müəyyən yaxşılaşmaya imkan verir”.

Baş həkim qeyd etdi ki, çoxlu sayda uşaq xəstəlikləri, onların ağırlaşmaları və qalıq əlamətləri belə uşaqların fiziki və əqli inkişafını məhdudlaşdırır, nəticədə sağlamlıq imkanları məhdudluğa səbəb olur: “Belə xəstəliklər anadangəlmə və qazanılma olmaqla iki yerə ayrılır. Anadangəlmə xəstəliklərin böyük əksəriyyətini nevroloji xəstəliklər təşkil edir. Bunlar mərkəzi və pereferik sinir sistemi xəstəlikləri olmaqla iki yerə ayrılir. Mərkəzi sinir sisteminə baş beyinonurğa beyni xəstəlikləri aid edilir. Əlilliyə səbəb olan baş beyin xəstəliklərindən ən çox rast gəlinən uşaq serebral iflici xəstəlikləridir. Bu qrupa aid olan xəstəliklər hərəkət, nitqintellektual sferada, görmə və eşitmə qabiliyyətində ciddi qüsurlar qoyur. Bizim mərkəzimizə gələn sağlamlıq imkanları məhdud uşaqların 85 faizi də məhz nevroloji xəstəliklərə məruz qalmış uşaqlardır. Tətbiq olunan bərpa müalicəsi prosedurlarının mühüm bir hissəsi də həmin uşaqlarda nevroloji xəstəliklərdən irəli gələn hərəkət, nitqintellektual qüsurların aradan qaldırılmasına yönəlib. Bunun üçün dünya təcrübəsində də sınanmış fizioterapevtik müalicə proqramları tətbiq edilir”.

Mərkəzin fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqların tədris-peşə reabilitasiyasının da mühüm yer tutduğunu vurğulayan Ş.Tağıyev bizi mərkəzdəki siniflər və məşğələ otaqları ilə tanış etdi. O bildirdi ki, tədris-peşə reabilitasiyası zamanı müəyyən tədris metodikaları, musiqi terapiyası tətbiq edilir, əmək terapiyası əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanır. Nəticədə həmin uşaqlar müxtəlif əl işləri ilə məşğul olur və bacarıqlarını üzə çıxarmağa səy göstərirlər: “Mərkəzimizdə sağlamlıq imkanları məhdudluğunun aradan qaldırılması sahəsində qabaqcıl dünya təcrübələrinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Bu təcrübələr öyrənilməklə yeni və səmərəli reabilitasiya metodları hazırlanır və təcrübədə uğurla həyata keçirilir. Eyni zamanda, mərkəzin mütəxəssis personalı tez-tez ölkə daxilində və xarici ölkələrdə təşkil olunan təkmilləşmə kurslarında iştirak edir, bilik və bacarıqlarını artırırlar”.

Mərkəzdə olarkən burada reabilitasiya kursu keçən uşaqların valideynləri ilə də həmsöhbət olduq. Onlar sağlamlıq imkanları məhdud uşaqların tibbisosial reabilitasiyasının gücləndirilməsi istiqamətində aparılan fəal dövlət siyasətindən razılıqlarını ifadə etdilər. Valideynlər vurğuladılar ki, bu Uşaq Bərpa Mərkəzində yenidənqurmadan sonra yaradılan ən müasir tələblərə uyğun reabilitasiya şəraiti, burada sağlamlıq imkanları məhdud olan uşaqların səmərəli bərpa müalicəsi tədbirlərinə cəlb edilmələri həmin uşaqlara dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Mərkəzin həkimlərindən, onların bilik və bacarığından da razılıq ifadə olundu, əməkdaşların öz işlərinin öhdəsindən layiqincə gəldikləri, hər bir uşağa diqqət və qayğı ilə yanaşdıqları bildirildi.

Son illərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xeyirxah layihələri həmin uşaqların daimi dövlət təminatında yaşadıqları sosial xidmət müəssisələrini də əhatə edib. Belə ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xəzər rayonunun Şağan kəndindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hazırda 320 nəfərdən çox uşağın yaşadığı bu müəssisələrdə onların hərtərəfli təminatı, səmərəli reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb.

Uşaqların səyyar şəkildə reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı sahəsində tədbirlər də həyata keçirilir. Belə ki, nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində daun sindromlu uşaqlar sosial reabilitasiyaautizm xəstəliyi olan uşaqlar defektolojipsixoloji xidmətlərlə təmin olunurlar. Həmçinin sosial sifarişlər əsasında müvafiq layihələrə uyğun olaraq, 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası işləri aparılır. Eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji, psixo-pedaqoji, loqopedik xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s. üzrə də layihələr icra edilir.

Qeyd olunanlar sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasının və cəmiyyətə inteqrasiyasının, onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu, bu sahədə məqsədyönlü addımlar atıldığını göstərir.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan. - 2017.- 8 mart.- S. 1, 3.