Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

 

Çox hörmətli Mehriban Əliyeva.

Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə təbrik edirəm. Sizin təyinatınızdan həqiqətən şadam, çünki Siz son 15 ildə Azərbaycanda dünyada sülhə insan haqlarına nail olmaq üçün yorulmadan çalışmısınız.

Mən hər zaman Sizin fəaliyyətinizi böyük maraqla izləmişəm. Azərbaycanın inkişafı rifahı üçün göstərdiyiniz səylərə görə Sizə minnətdaram bunun üçün çox xoşbəxtəm.

Əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan parlamentinin deputatı, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri olduğunuz müddətdə humanitar sosial layihələrə hərtərəfli töhfələrinizlə Siz həm Azərbaycanda, həm dünyada milyonlarla insanın məhəbbətini hörmətini qazanmısınız.

Mən Azərbaycan ilə xarici ölkələr arasında sosial siyasi əlaqələrin yaradılmasındakı möhtəşəm səylərinizi dünya miqyasında beynəlxalq tədbirlərin keçirilməsindəki rəhbərliyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Siz yeni vəzifənizlə bağlı bütün işlərinizdə böyük uğurlar qazanacaqsınız.

Sizə böyük uğurlar arzu edirəm əminəm ki, Sizin bütün səyləriniz Azərbaycanın hərtərəfli inkişafına töhfə verəcək.

Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək.

Ən xoş arzularla,

 

Lütfi Zadə

ABŞ-ın Kaliforniya Universitetinin professoru,

Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru

 

Azərbaycan.- 2017.- 10 mart.- S.1.