Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 366; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 1; 2009, ¹ 8, maddə 611; 2013,   ¹ 3, maddə 215; 2014, ¹ 2, maddə 82, ¹ 11, maddə 1369) 3-cü maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda dördüncü bənd əlavə edilsin:

publik hüquqi şəxslər;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 12 mart.- S.2.