Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

 

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla, Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Kaliforniya Universitetinin professoru, Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Bolqarıstan Respublikasının Ticarət Palatasının sədr müavini baş katibi Marqarita Popova, türkiyəli jurnalist yazıçı Güner Ceylan təbrik ediblər.

Eyni zamanda, Azərbaycanın tanınmış incəsənət xadimləriXalq Artisti Ramiz Quliyev, Əməkdar Artist Elnarə Abdullayeva xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik ediblər.

Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə Milli Məclisin MDB PA-dakı nümayəndəsi Aydın Cəfərov, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, “Polisə Dəstəkİctimai Birliyinin sədri Şəmsəddin Əliyev təbrik ediblər.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.

 

Azərbaycan.- 2017.- 14 mart.- S.3.