Xarici ölkə diplomatları Novruz adətlərini nümayiş etdirdilər

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 14-17 mart günlərində akademiyadaİslam həmrəyliyi ili”nə həsr olunmuşNovruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival keçirilir.

Tədbirin birinci günü Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəsmilərinin təmsil etdikləri xalqların Novruz adətlərindən bəhs edən elmi-praktik konfrans olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarov ölkəmizin həmişə multikultural dəyərləri ilə fərqləndiyini bildirib. Azərbaycanda Novruzun çox qədim dövrlərdən qeyd edildiyini, Qobustan qayalarında həkk olunan rəsmlərdə bu izlərə rast gəlindiyini söyləyib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Novruzun dostluq, qardaşlıq, əmin-amanlıq bayramı olduğunu, bu bayramda savaşa, küsülülüyə, ayrılığa yer olmadığını deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Gündüz İsmayılov dinlə Novruzun vəhdətindən söz açıb. Azərbaycanda 2016-cı ilinMultikulturalizm ili”, 2017-ci ilinİslam həmrəyliyi ili” olmasını tolerantlıq istiqamətindəki davamlı siyasətin məntiqi nəticəsi adlandırıb. Azərbaycanlıların dini, milli, etnik ayrı-seçkiliyə heç vaxt yol vermədiklərini diqqətə çatdıraraq, daim insan sevgisinin öndə olduğunu bildirib.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana “Hindistanın Sifi və digər ənənələrində yazmövzusunda çıxışında qeyd edib ki, Novruz onlarda Basant adı ilə mövcuddurBahar bayramının əsas atributu sarı rəngdir. Xardal rəngi kimi təqdim olunan sarı yeni həyata başladıqlarına inanan hindistanlıların bütün məişətlərini bəzəyir.

Misir Təhsil və Mədəniyyət Əlaqələrinin müdiri Əhməd Sami ElaydiŞam ən-Nəssim-Bahar bayramı” mövzusunda danışarkən təmsil etdiyi ölkədə bayram günü adamların gəzintiyə çıxdıqlarını, “Sürpriz qatar” adlı qatarla tanımadıqları, bilmədikləri bir şəhərə getdiklərini, o şəhərdə təntənəli tədbirlər keçirdiklərini deyib.

İran Mədəniyyət Mərkəzinin müdiri İbrahim İbrahimliNovruz - sülh və əminamanlıq körpüsümövzusunda danışarkən deyib ki, İran və Əfqanıstandan başqa heç bir ölkədə Baharın gəldiyi gün təqvimin başlandığı tarixlə eyniyyət təşkil etmir. Novruz bayramında süfrəyə “s” hərfi ilə başlayan 7 təam qoyulur, insanlar bir-birinə hədiyyələr aparır, mədəni-kütləvi tədbirlərə qatılırlar.

Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Saki UçidateYaponiyada baharmövzusunda slayd nümayiş etdirib. Slaydda Yaponiyada baharın necə qeyd olunduğu, insanların sakura meşələrinə gəzməyə çıxdıqlarından bəhs olunur, yapon adət-ənənələrinin ümumi izahatları verilir.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Azərbaycan xalqının milli-ənənəvi bayramı” mövzusunda çıxış edərək, Novruzun 4500 il öncə Zərdüştlük dövrünə təsadüf etdiyini arxeoloji qazıntılar zamanı aşkara çıxan əşyaların şəkilləri üzərində isbatlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqarfiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Piriağa İsmayılzadə “Novruz bayramı türk xalqlarının mənəvi dəyərlər sistemində” mövzusunda faktlar səsləndirib. Bildirib ki, Novruz əsasən təsərrüfat bayramıdır. Yerin oyanışı təsərrüfatda özünü daha bariz göstərdiyindən və ellərə bərəkət, ruzi gətirdiyindən Novruz bütün insanlığın bayramı hesab olunur.

Qonaqlar tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıb, Azərbaycan, İran, Yaponiya, Misirİraq səfirliklərinin hazırladqları Novruz guşəsi ilə tanış olublar.

Festivalın növbəti günlərində tələbələrin ifasında musiqi nömrələri, Novruz bayramı və yazın gəlişi ənənəsinə həsr olunmuş videosüjet nümayiş olunacaq, Azərbaycanda təhsil alan əcnəbi tələbələr festivalda öz ölkələrindən qonaq olan nümayəndələrlə görüşəcəklər.

 

Azərbaycan.- 2017.- 15 mart.- S. 6.