Beynəlxalq konfransının iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

 

İslam Həmrəyliyi – Zamanın çağırışı” beynəlxalq konfransının iştirakçıları martın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Azərbaycan.- 2017.- 16 mart.- S. 5.