Birinci vitse-prezident Mehriban Əliyeva Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd etdi.

Makedoniya Respublikasının Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik etdi, onun gördüyü işləri yüksək qiymətləndirdi, gələcək fəaliyyətində uğurlar arzuladı.

Makedoniya Respublikasında uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd etdi, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğuladı. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət etdi.

Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirdi.

Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olundu.

 

Azərbaycan.- 2017.- 17 mart.- S. 5.