Roma Papası Fransisk Həzrətlərinə

 

Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizə bütün həmməzhəblərinizə şəxsən öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması daim inkişaf etdirilməsi yolunda fəal səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri dəyərlərin təntənəsi naminə uğurla davam edən əməkdaşlıq, birgə atdığımız addımlar bundan sonra da dünyada sülhün əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə əmin-amanlıq firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 mart 2017-ci il.

 

Azərbaycan.- 2017.- 19 mart.- S. 1.