“The Jewish Chronicle”: Azərbaycan dinc birgəyaşayışın modeli kimi

 

Amerikanın “The Jewish Chronicle” qəzetindəAzərbaycan dinc birgəyaşayışın modeli kimisərlövhəli məqalə dərc edilib.

Məqalənin müəllifi Marşa Bronştayn yazır ki, o, keçən həftə “Salaam Şalom Qardaşlığıtəşkilatının sponsorluğu ilə yəhudi-müsəlman qadın nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olub. Səfər üçün Azərbaycan ona görə seçilib ki, bu müsəlman ölkəsində bütün dinlərə hörmətlə yanaşılır.

Nümayəndə heyəti Azərbaycanda dövlət hökumət nümayəndələri, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə görüşüb. Görüşlər zamanı müxtəlif məsələlər, o cümlədən ölkəmizdə qadınların iqtisadi sosial şəraiti, müxtəlif dinlərin nümayəndələrinin birlikdə yanaşı yaşaması, enerji sektorunun inkişafı, Azərbaycan ilə Yaxın Şərq ölkələri arasında münasibətlər, regional təhlükəsizlik, təhsil s. müzakirə edilib. Qonaqlar, həmçinin “ADA” Universitetində olublar.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə bir sıra məscid, sinaqoq kilsələrdə, həmçinin qədimAtəşgahməbədində olublar. Onlar Cümə məscidində ibadətdə iştirak edib, yəhudi müsəlman dualarının oxunduğu qəbiristanlığa digər mədəni obyektlərə gediblər.

Məqalədə M.Bronştayn Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində söylədiyi nitqdən sitat gətirərək yazır: “Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar”.

Sonda müəllif qeyd edir ki, Azərbaycan müasir dünyada dinc birgəyaşayışın nümunəsidir. Azərbaycan Birləşmiş Ştatların İsrailin strateji tərəfdaşıdır. Ölkəmiz regionun enerji təhlükəsizliyinə böyük töhfə verir, dini plüralizmin tarixini antisemitizmin olmamasını dəstəkləyir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 28 mart.- S. 6.