Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verdi.

 

Azərbaycan.- 2017.- 29 mart.- S.1.