Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

 

Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədi Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Mohamed Əli Humədin aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərinin məqsədi parlamentlərarası əlaqələrin möhkəmlənməsi, ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı, xalqlarımız arasında əlaqələrin yaranmasını təmin etməkdir. O, deyib: “Cibuti ilə Azərbaycan arasında parlamentlərarası dostluq qrupu yaradılıb. Cibuti parlamenti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qınayan qətnamə qəbul edib”.

Mohamed Əli Humədi səfərinin uğurlu olacağına əminliyini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-3 may.- S.2.