Üzdə mələk, dalda kələk

 

Harda olsa, səni görcək gülər üzə,

Dilini o kökləyər şirin sözə.

Vəd ayaqda dönüb olar əfi, gürzə.

Tanıyağın biz onları, dostlar gərək.

Adam var ki, üzdə mələk, dalda kələk.

 

Dilindədir etibarı, düz ilqarı,

Məsləkindən uca tutar pulu, varı.

Kim  güclüsə, yıxılacaq ona sarı.

Peşəsidir güdmək, hardan əsir külək.

Adam var ki, üzdə mələk, dalda kələk.

 

İşi düşsə, yollasa yol tapacaq,

Qapı döyüb, ev gəzəcək ocaq-ocaq.

Dil tökəcək, baş açacaq, yalvaracaq.

Yapışmağa axtaracaq yağlı ətək,

Adam var ki, üzdə mələk, dalda kələk.

 

O zaman ki keçə bildi vəzifəyə,

İstəyər ki, hamı ona boyun əyə.

Baxmaz onu kim çatdırıb bu çörəyə.

Belələri dost bilər, duz-çörək.

Adam var ki, üzdə mələk, dalda kələk.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 3 may.- S.12.