İndi İslam dünyasında birinci...

 

26 il öncə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə bəlkə heç kəs inanmazdı ki, qısa zamanda bu gənc, təcrübəsiz, mürəkkəb geosiyasi məkanda yerləşən ölkə dünyada bir çox sahələr üzrə ilklərə imza atacaq.

Açığı, həmin inamsızlığa əsas da var idi. Çox çətin dövrdə - regional münaqişələrin, o cümlədən Qarabağ savaşının qızışdığı, ictimai-siyasi sabitliyin pozulduğu, iqtisadi böhranın tüğyan etdiyi, əhalinin sosial müdafiəsinin yaddan çıxdığı bir şəraitdə, üstəlik, minlərlə qaçqın məcburi köçkünün çöllərə düşdüyü bir vaxtda gənc dövlətin tezliklə dirçələcəyinə, bu burulğanlardan salamat çıxacağına ümid bəsləmək çətin idi.

Ortada sələfimizin - 1918-1920-ci illərdə müstəqil dövlət kimi cəmi 23 ay duruş gətirə bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin acı bir tarixi vardı. Zaman müxtəlif olsa da, məkan şərait eyni idi. Eyni olan həm neft kimi qiymətli təbii sərvətə malik Azərbaycana Şimaldan Cənubdan, Qərbdən Şərqdən uzanan əllər idi. O əllər ki, fürsət düşdükdə bu gün əməlindən qalmır.

Amma müxtəlif olan da təkcə zaman yox, həmçinin şəxsiyyətlər idi. Şəxsiyyəti zamanın yetişdirdiyini, zamanın formalaşmasında isə şəxsiyyətin rolunu danmaq olmaz. Təbii ki, bugünkü müstəqil Azərbaycan dövlətinin qurucusu qoruyucusu ulu öndər Heydər Əliyevi nəzərdə tuturuq. Əgər bu gün Azərbaycan qısa müddətdə nəinki yerləşdiyi regionda, habelə dünyada ad-san sahibidirsə, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdırsa, ictimai-siyasi cəhətdən dünyanın ən sabit ölkələrindən biridirsə, zaman-zaman keçirilən nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi edirsə, xalqımız öncə ümummilli liderin uzaqgörən siyasətinə minnətdardır.

Məhz bu siyasətlə bütün sahələr üzrə möhkəm təməli qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində indi dünyada söz sahibidir. Özü sadə söz sahibi yox, eşidilən, qəbul olunan, nəzərə alınan söz sahibi. Belə olmasaydı, hələ bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasında təmsil edilməzdik! Belə olmasaydı, qoca qitənin enerji təhlükəsizliyinin təminatı həm bizə etibar edilməzdi! Belə olmasaydı, ən müxtəlif beynəlxalq tədbirlərə ünvan seçilərkən Azərbaycana üstünlük verilməzdi! nəhayət, ilk Avropa Oyunlarından cəmi iki il sonra IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın keçirilməsi Azərbaycana həvalə edilməzdi.

Bütün bunlar xatırlatmadığımız neçə-neçə uğurlarımız dostlar üçün qürur doğuran, düşmənlər üçün göz çıxaran faktlardır. Biz bu sevincin qısqanclığın hələ 1994-cü ilin sentyabrındaƏsrin müqaviləsi”nin imzalanması, 1999-cu ilin noyabrında Bakı-Tbilisi-Ceyhan əsas boru neft kəmərinin çəkilişinə qərar verilməsi, artıq yaxın zamanda reallaşacaqCənub qaz dəhlizilayihəsinin icrasına başlanması ərəfələrində şahidi olmuşuq. Bəlkə Azərbaycandan daha çox dünyaya gərəkli olan bu digər mühüm beynəlxalq layihələr dostlarımızı sevindirsə , düşmənlərimizi kədərləndirir hətta o dərəcədə ki, onlar ölkəmizə qarşı ən çirkli oyunlara belə əl atmaqdan çəkinmirlər.

Amma nahaq! Çünki təsir əks təsirə bərabər olduğu kimi, uğurlarımızı gözü götürməyənlərin antiazərbaycan təbliğatları hərəkətləri ölkəmizin qətiyyətini, iradəsini möhkəmləndirir. bu qətiyyət, iradə möhkəmləndikcə dostlarımızın sayı artır, düşmənlərimizin sıraları seyrəlir. Təkcə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən Azərbaycana səs verən ölkələrin sayını xatırlatmaq kifayətdir ki, dostlarımızın çoxluğuna şübhə qalmasın. Yaxud götürək 3 il əvvəl I Avropa, sonralar isə IV İslam Həmrəyliyi Oyunlarının ünvanı kimi Azərbaycanın seçilməsini. Sözsüz ki, bu mötəbər beynəlxalq yarışların təşkilat komitələri yarışlara ev sahibini müəyyən edərkən bütün amilləri nəzərə almışlar. Həmin amillər sırasına yarışlara evsahibliyi edəcək ölkənin idman qurğularından, müvafiq infrastrukturdan tutmuş çoxminli idmançı tamaşaçı-qonaqları qarşılayıb yerləşdirmək imkanınacan daxildir. Biz hələ məsələnin başqa tərəflərini - yarışların keçiriləcəyi ölkənin maddi-iqtisadi imkanını, ictimai-siyasi sabitliyini, kriminogen durumunu digər məsələləri demirik. Bunun üstünə dörd bir tərəfimizin od tutub yandığını, terrorun az qala gündəlik həyat tərzinə çevrildiyini gəlsək, onda Azərbaycanın hansı tələblərə cavab verdiyi məlum olar. Məlum olar ki, Azərbaycan dünyada təkcə iqtisadi imkanlarına görə yox, həm çox məsuliyyətli çoxminli beynəlxalq yarışların tələblərinə cavab verən ölkədir. Bu isə hər bir ölkə üçün şərəf göstəricisidir.

Qoy heç kəs bu sözləri pafoslu təbliğat kimi başa düşməsin. Ola bilsin mötəbər beynəlxalq idman turnirlərinin ölkəmizdə keçirilməsinin siyasi iqtisadi dividendlərini yaxşı dərk etməyənlər var. Yəqin ki, onlar bu cür möhtəşəm oyunlara yalnız xərclənən vəsait çərçivəsindən baxırlar. Belə naşı yanaşma savadsız mühasibin mədaxili unudaraq məxaricin hesabını aparmağına bənzəyir. Halbuki kütləviliyinə, səviyyəsinə tələblərinə görə az qala Olimpiya oyunları səviyyəsində olan belə yarışların Azərbaycana verdiyi verəcəyi xeyiri görmək üçün elə savadlı olmağa ehtiyac yoxdur. Sadəcə, bilərəkdən bilməyərəkdən daxildə yaranan qərəz qısqanclığı kənara qoymaq lazımdır. Bundan sonra isə təkcə dünyanın onlarla telekanalının Azərbaycandan reportajlar verməsini, yüzlərlə xarici jurnalistin ölkəmizə qonaq gəlməsini dərk etmək kifayətdir ki, belə yarışların Azərbaycanın çox yox, yalnız tanıdılması baxımından əhəmiyyəti məlum olsun.

Söz yox ki, IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin evsahibliyi etdiyi müxtəlif məzmunlu digər beynəlxalq tədbirlər kimi uğurla sona çatacaq Azərbaycan dünyanın, xüsusən İslam aləminin çoxmilyonlu idman ictimaiyyətinin diqqətini cəlb edəcək. Bu isə bədxahlara ən yaxşı cavabımız olacaq!

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2017.-4 may.- S.8.