Mədəniyyətlərarası dialoqun təkmil Azərbaycan platforması

 

BMT, Avropa Şurası, UNESCO və ISESCO-nun dəstəyilə Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir

 

Bəşər sivilizasiyasının beşiyi sayılan ərazilərdən biri olan Azərbaycan ən qədim zamanlarda insanları əlverişli coğrafi məkanda yerləşməsi ilə cəlb etmişdi.

Bunun təsdiqi vətənimizin hər guşəsində olan Qobustan, Azıx mağarası kimi yaşı dəqiq bilinməyən abidələrimizdir. Müxtəlif zamanlarda baş verən siyasi qovğaların, müharibələrin, eləcə də təbii fəlakətlərin - tufanların, çovğunların tariximizin izlərini silib aparmağa gücləri yetməyib. Zəngin keçmişi ilə qürur duymağa haqqı olan Azərbaycan xalqı bütün dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr verə bilib.

Ancaq bu məmləkətin övladlarını qürurlandıran yalnız tarixi keçmişi deyil. Qoca Şərqin qapısı sayılan Azərbaycan hazırda beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilirmüasir dövrdə də müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır. Qlobal dünyanın problemlərinin həllində, mədəniyyətin inkişafında böyük əzmlə iştirak edir. Təsadüfi deyil ki, son illər bir sıra beynəlxalq iqtisadi, siyasihumanitar tədbirlərin keçirilməsi məkanı kimi Azərbaycan xüsusilə seçilir.

Bu ölkəmizin nüfuzunu daha da yüksəldir, dünya ictimaiyyətinin vətənimiz haqqında dolğunobyektiv məlumatlar almasına şərait yaradır.

Azərbaycan bu gün dünyada həm də mədəniyyətlərarası dialoqun inkişafı sahəsində fəaliyyəti ilə təqdir olunur. 2008-ci ildə ölkəmizin paytaxtında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi” beynəlxalq forum keçirildi. Forumun yekun sənədi Bakı Bəyannaməsi oldu. Bir il sonra Bakı İslam Mədəniyyətinin paytaxtı elan edildi. Elə həmin il - 2009-cu ildə Bakıda baş tutan İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoqmövzusunda toplantısında “Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edildi. Həmçinin TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesinin davam etdirilməsinin vacibliyi əksini tapdı. 2011, 2013 və 2015-ci illərdə Bakıda UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirildi.

Əvvəlki illərin davamı olaraq 2017-ci ildə də Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edəcək. Onlardan biri - IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün öz işinə başlayır. Forum mayın 6-dək davam edəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Forumun əsas məqsədi siyasi, mədəni və dini sahələrdə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyadakı mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq fərqli fikirkonsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi üçün mühüm beynəlxalq platformaya çevrilmişdir. Dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO forumunprosesin tərəfdaşlarıdır.

Qeyd edək ki, iki ildən bir Bakıda keçirilən bu forum ötən müddətdə qlobal hərəkata çevrilərək nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir platforma kimi dünya siyasətində mühüm yer tutur. Daha əvvəllər keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişafinklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı Azərbaycan Prezidenti Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində təsdiq edilib. Həmin planın icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Bu beynəlxalq səviyyəli tədbirə hazırlıq işləri yüksək səviyyədə aparılıb.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini, yüksək səviyyəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, tanınmış elm adamlarını, ziyalıları birləşdirir. Forumun çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlərarası və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Azərbaycan hökuməti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirə olunacaq.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri kanalları vasitəsilə yayımlayacaq.

Forumda könüllülərin qüvvəsindən səmərəli istifadə edilir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində Azərbaycanın məramını, məqsədini Prezident İlham Əliyev hələ 2011-ci ildə, I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda belə ifadə edib: “Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir.

...Biz istəyirik ki, ölkəmizdə yaranmış bu təcrübə həm öyrənilsin, həm də başqa ölkələr üçünmaraq doğursun. Çünki bu, həqiqətən nadir bir təcrübədir və “Bakı prosesinin başlanması və uğurla davam etdirilməsi onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik”.

Bu gün Azərbaycan beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına töhfələr verir. “Bakı prosesi” mədəniyyətlərarası dialoqun qurulmasında, beynəlxalq təşkilatların əməkdaşlığında misilsiz işlər görür. Azərbaycan sülhə, əməkdaşlığa və dialoqa sadiqliyini daim nümayiş etdirir.

Bu gün hər bir bəşər övladı yalnız mənsub olduğu milləti, xalqı, yurdunu, ölkəsini deyil, bütün bəşəriyyəti düşünməlidir. Çünki baş verən müharibələr, siyasi qarşıdurmalar, terror hadisələri haqqında üzücü xəbərlər alırıq. Ona görə də dünyamızın sabahından nigaranıq. Amma çıxış yolu var. Mədəniyyətlərarası dialoq, anlaşma gündən-günə artan gərginliyə, düşmənçilik həddinə çatan münasibətlərə son qoya bilər. Bu yolla yaşadığımız narahat dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən problemlərin ortaq həllini tapa bilərik. Artıq Azərbaycan bu sahədə öz mütərəqqi, məqsədyönlü addımlarını atmaqdadır. Son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi işlər də bunu təsdiqləyir.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının Azərbaycan paytaxtının seçilməsinin əsaslı səbəbləri var. Respublikamız həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurub. Eyni zamanda, burada sülh, sabitlik hökm sürür, multikultural dəyərlərə üstünlük verilir. Xalqımızın çoxəsrlik tolerantmehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ona görə ki, əsrlər boyu olduğu kimi bu gün də Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə sitayiş edənlər dostluq, qardaşlıq şəraitində yaşayırlar. İctimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq amilləri ilə seçilən bu ölkə qloballaşan dünyamızın gələcəyini də mədəniyyətlərarası münasibətlərin inkişafında görürson illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında mühüm rol oynamaqdadır. Bu cür tədbirlər də mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqidini dözümsüzlük hallarının aradan qaldırılması və digər bu kimi qlobal məsələlərin müzakirəsi üçün əhəmiyyətlidir.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, onların arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.

Bu gün ölkəmizin paytaxtında təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu böyük, dünya xalqlarının müqəddəratında mühüm rolu olan məsələdə yenidən öz sözünü deyir. Həyatın bütün sahələrində fundamental dəyişikliklərin getdiyi, elmin və təhsilin inkişaf etdiyi, yeni texnologiyaların yarandığı, informasiya cəmiyyətinin formalaşdığı bir vaxtda dünyamızı ən çox ehtiyac duyduğu mədəniyyətlərarası dialoqa səsləyir.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 4 may.- S.1; 10.