Azərbaycan parlamentində bir sıra görüşlər keçirilib

 

Mayın 4-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Valeh Ələsgərov Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdə həyata keçirilən islahatlardan geniş söz açıb.

Milli Məclis sədrinin müavini deyib ki, Azərbaycanın xarici ticarətdə əsas tərəfdaşları Avropa İttifaqı ölkələridir. Bu gün Azərbaycanda yüzlərlə Avropa şirkəti çalışır, iqtisadiyyatımızın inkişafına öz töhfələrini verir. Əfsuslar olsun ki, Belçika ilə Azərbaycan arasında iqtisadi əlaqələr istənilən səviyyədə deyil. Ancaq ölkəmizdə iyirmiyə yaxın Belçika şirkəti daimi olaraq fəaliyyət göstərir.

Azərbaycanın bərabərhüquqlu tərəfdaş kimi hər bir ölkə ilə əməkdaşlığa hazır olduğunu söyləyən V.Ələsgərov qonaqlara ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iri enerji, nəqliyyat layihələri barədə məlumat verib.

Söhbət zamanı Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışıb.

Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib, Azərbaycanın sivilizasiyalararası dinlərarası dialoqa verdiyi töhfədən söhbət açıb.

Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələr xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından yaxşı platforma olduğunu deyib.

Parlamentin nümayəndələri Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti müxtəlif sahədəki uğurları ilə yaxından tanış olduqlarını bildiriblər.

 

***

 

Həmin gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın Aydaho ştatının senatoru Mark Hagedorn ilə görüşüb.

Valeh Ələsgərov Azərbaycan-ABŞ əlaqələrindən danışıb, bu əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. O, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməsi üçün yaxşı imkanların olduğunu söyləyib. Bildirib ki, Azərbaycan üçün kənd təsərrüfatı məhsullarının istehsalı ixracı, turizmin inkişafı, müasir texnologiyalar əsasında qurulmuş istehsalın təşkili çox önəmlidir. Bu baxımdan, ABŞ-ın ayrı-ayrı ştatlarının təcrübəsini öyrənmək ölkəmiz üçün faydalı olar.

Aydaho ştatında müasir texnologiyalar əsasında qurulmuş sənaye, tədqiqat müəssisələrinin fəaliyyətindən danışan V.Ələsgərov bildirib ki, bu ştat bu gün turizm məkanına çevrilib. Azərbaycanın turizmin inkişafına önəm verdiyini deyən sədr müavini Aydahonun bu sahədə təcrübəsinin öyrənilməsinin faydalı ola biləcəyini qeyd edib.

Senator Mark Hagedorn Azərbaycanın neft qaz sahəsində həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduqlarını bildirərək deyib: “Ölkənizin bu sahədəki təcrübəsi bizim üçün maraqlıdır. Bu yaxınlarda Aydaho ştatında neft qaz ehtiyatları kəşf edilib. Bu, bizim üçün çox böyük bir hadisədir. Amma bilmirik ki, neft qaz ehtiyatlarından necə istifadə edək. Ona görə bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnəcəyik. Azərbaycanın təcrübəsi bizim üçün çox önəmlidir”.

Senator Azərbaycanın böyük mədəniyyətlərin, adət-ənənələrin məhək daşı olduğunu vurğulayıb. O deyib ki, ABŞ Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir, xüsusilə iqtisadi əlaqələrin gücləndirilməsi vacib əhəmiyyətlidir.

 

***

 

Mayın 4-də Brüssel-Paytaxt Regionu Parlamenti nümayəndə heyətinin Milli Məclisdə daha bir görüşü beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ilə olub.

Sevinc Fətəliyeva Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə danışıb. O, həmçinin ölkəmizdə hökm sürən multikultural, tolerant mühit barədə məlumat verib,

2016-cı ilin AzərbaycandaMultikulturalizm İli”, 2017-ci ilin isəİslam Həmrəyliyi İlielan olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan S.Fətəliyeva bildirib ki, ölkəmiz bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem indiyədək həllini tapmayıb. O, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu, ölkəmizin bir milyondan çox qaçqın məcburi köçkün problemi ilə üzləşdiyini diqqətə çatdırıb.

Komitə sədrinin müavini bu gün beynəlxalq münasibətlərdə ikili standartların artıq normaya çevrildiyini bildirib, bunun qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan sağlam, bərabərhüquqlu əməkdaşlığı qəbul edən bir dövlətdir.

Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. O, bu səfərin, eyni zamanda, Azərbaycan xalqı mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığını qeyd edib. Xalqlar arasında düzgün münasibətlərin formalaşmasında parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

 

Azərbaycan.- 2017.- 5 may.- S. 3.