Azərbaycanın idman tarixində yeni unudulmaz səhifə açılır

 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə sayılı günlər qalır. Müsəlman ölkələrindən gələn idmançılar 10 gün ərzində 21 müxtəlif idman növü üzrə 23 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın son illər artan beynəlxalq nüfuzuiqtisadi gücü, regionda lider dövlətə çevrilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq və abadlıq işləri, köklü demokratik, hüquqi islahatlar sayəsində ölkəmizdə müntəzəm olaraq beynəlxalq irimiqyaslı idman turnirləri keçirilir.

Paytaxtımızda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili məqsədilə hazırlanmış tədbirlər planı cavabdeh strukturlar tərəfindən tam şəkildə yerinə yetirilmişdir. Bakı Oyunların açılışına və keçirilməsinə hazırdır.

Yarışlara hazırlıqla bağlı və digər istiqamətləri əhatə edən bütün işlər icra olunmuşdur. Oyunların Təşkilat Komitəsi mötəbər yarışların hazırlanması və keçirilməsinə məsuliyyətlə yanaşır, ölkəmizin maraqlarını, beynəlxalq imicini üstün tutaraq layiqli nailiyyətlər əldə etməyə çalışır.

Son illər Bakıda bir çox beynəlxalq idman yarışları, o cümlədən Avropadünya çempionatları keçirilmişdir. Bu tədbirlər təşkilati baxımdan yüksək səviyyədə hazırlanmışdır. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişAvropa Olimpiya hərəkatının tarixində yeni səhifə açmışdır.

Ümumi rəyə görə, Azərbaycan dövləti ilk Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində təşkil etmişdir. IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və əvvəlki mötəbər yarışlar kimi tarixdə qalacaq.

Oyunlar ərəfəsində respublikada ictimai asayişindaxili təhlükəsizliyin qorunması, idman tədbirinə hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və təşkilatçılığı sayəsində böyük işlər  həyata keçirilmişdir.

Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün texniki vasitələrə, əşya və ləvazimatlara tələbatın müəyyən edilməsi, təşkilati , şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın mühafizəsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələr planlı surətdə yerinə yetirilir. Bütövlükdə daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə 12 min nəfər cəlb ediləcək.

Yol hərəkətinin təhlükəsizliyi və yüksəksəviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək.

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə olunur.

Buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılmışdır. Ümumilikdə bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompüter, videoqeydiyyat qurğusu və “IPatrolmayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcəkdir. İctimai asayişin qorunmasında iştirak edəcək əməkdaşların peşə hazırlığının, o cümlədən vətəndaşlarla ünsiyyətdə nəzakətli davranış səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılmış, zəruri treninqlər, seminar-müşavirələr keçirilmişdir.

Şübhə etməmək olar ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Ölkəmizin idman tarixində növbəti mühüm nailiyyət əldə olunacaqyeni unudulmaz səhifə açılacaq.

 

Rizvan HİLALOĞLU,

 

Azərbaycan.- 2017.- 5 may.- S. 9.