Forum nüfuzlu beynəlxalq qurumları tərəfdaş kimi cəlb edən yeganə platformadır

 

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə Forumun gündəliyi barədə məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri tarix boyu qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamışlarbu gün də yaşayırlar. Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.

Forumun coğrafiyasının ilbəil artdığını söyləyən nazir deyib ki, iki gün ərzində çox mühüm və maraqlı görüşlər, tədbirlər keçiriləcək və müzakirələr aparılacaq.

Vurğulanıb ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoqmultikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Nazir deyib ki, bu Forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək.

Ümumiyyətlə, Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində eyni tədbirdə iştirak edironlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır.

Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunacağı Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Həmçinin ilk dəfə "Bakı prosesi"nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilib.

Nazir, eyni zamanda, Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə "Mədəniyyətlərarası dialoqda liderlik naminə "Bakı prosesi" mükafatı"nın elan edilməsinin nəzərdə tutulduğunu deyib.

Ə.Qarayev vurğulayıb ki, Forum BMT-nin televiziyasında və saytında canlı yayımlanacaq.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən belə bir möhtəşəm tədbirin təşkili olduqca təqdirəlayiqdir: "Mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür: "Bakı prosesi" bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib bir elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmi yüksək qiymətləndirirəm", - deyə Nassir Abdulaziz əl-Nasser bildirib.

UNESCO-nun baş direktorunun sosialhumanitar elmlər üzrə müavini Nada əl-Nashif deyib ki, "Bakı prosesi"nin bu gün qlobal problemlərin səsləndirildiyi bir platformaya çevrilməsi olduqca əhəmiyyətlidir.

Təmsil etdiyi qurumla Azərbaycan arasında mövcud əlaqələri yüksək qiymətləndirən xanım Nada əl-Nashif bildirib ki, Bakı belə nüfuzlu tədbirlərə ev sahibliyi etməklə dünyada mövcud olan sülh proseslərinə öz töhfəsini verir.

O deyib: "UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirir və təşkilatdan 25 nəfər buradadır".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə kabinet rəhbəri Mario LubetkinDünya Turizm Təşkilatının Baş katibinin turizmsülh üzrə müşaviri və Yaxın Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar budəfəki Forumun kifayət qədər maraqlı və zəngin proqramı olduğunu söyləyərək bildiriblər ki, Forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar keçiriləcək.

Vurğulanıb ki, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişafsülhün təmin olunması üçün əsas elementlər" mövzusunda xüsusi plenar sessiya keçiriləcək.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2017.- 5 may.- S. 10.