Alina Venkova: Bakı Mədəniyyətlərarası Dialoq Forumunu yüksək səviyyədə təşkil edir

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ikinci dəfədir iştirak edirəm. Bu tədbirin hər dəfə yüksək səviyyədə təşkil olunduğuna şəxsən şahidəm. Forum böyük işçi heyəti, regionların geniş dairəsini əhatə edən çoxsaylı mütəxəssislərin iştirakı ilə seçilir.

Bu fikirləri Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, UNESCO-nun mənəvi ənənələrin müqayisəli tədqiqi, onların xüsusi mədəni və dinlərarası dialoqu kafedrasının rəsmisi Alina Venkova AZƏRTAC-a müsahibəsində səsləndirib.

“Biz burada təkcə öz şəbəkəmiz çərçivəsində deyil, həm də paralel layihələr, məsələn, İpək Yolu üzrə görüşlər keçirə bilər, eləcə də yüksək səviyyəli görüşləri izləyə bilərik. Düşünürəm ki, forumun təşkili və tərkibi möhtəşəmdir. Mən təşkilatçıları bu münasibətlə təbrik edirəm”, - deyə A.Venkova bildirib.

 

Azərbaycan.- 2017.- 5 may.- S. 10.