UNESCO ilə Azərbaycan
uğurlu birgə layihələr reallaşdırır
Azərbaycan
Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban
Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində UNESCO-nun baş
direktoru xanım İrina Bokova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.
Söhbət zamanı UNESCO ilə
Azərbaycan arasında sıx əməkdaşlığın
qurulduğu, uğurlu
birgə layihələrin reallaşdırıldığı
vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin
daha da inkişaf
etdirilməsi istiqamətində görülən işlər
müzakirə olunub.