Azərbaycan öz multikulturalizm modelini dünyaya təklif edir

 

IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә “Yeni milliyyətçiliyin yaranması: populizm və qütbləşmənin qarşısını necə almalı?” mövzusunda panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Basın moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Varvik Universitetinin professoru Riçard Hiqot bildirib ki, populizmin artması qloballaşmadan irəli gəlir. Populizmin və milliyyətçiliyin artması mәdәniyyәtlәrarası dialoqun qurulmasına böyük ziyan vurur.

Son dövrlərdə populistlər daha çox Qərbdə aktivləşiblər. Onlar keçmişin daha yaxşı olduğunu düşünürlər, milliyyətçilik nostalgiyası ilə yaşayırlar. Populistlər Böyük Britaniyada “Brexit”ə düşmən münasibət bəsləyirlər, Avropada isə miqrantlara qarşı düşmən mövqeyi tuturlar. Populistlər elə hesab edirlər ki, dövlət onlara xəyanət edib.

Brüsseldəki Virje Universitetinin elmi işçisi Vircinia Proud populist siyasətçilərdən danışaraq bildirib ki, populistlər özlərini brend kimi təbliğ edirlər, insanların zəif nöqtələrini tapıb ondan danışırlar. Bunun üçün populistlər sosial şəbəkələrdən aktiv istifadə edir, insanları öz ətrafına toplayırlar, onların fikirləri ilə oynayırlar.

Vircinia Proud qeyd edib ki, son dövrdə sosial media siyasətdə geniş istifadə olunur. Hazırda dünyada 3,73 milyard internet istifadəçisi var. Onlardan 2,8 milyardı sosial şəbəkələrdən istifadə edir. Dünyanın 26 ölkəsində əhalinin 51 faizi sosial mediadan xəbər mənbəyi kimi istifadə edir.

Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxışında bildirib ki, bəşəriyyət tarixi inkişafın çətin bir dövründən keçir. Hazırda müsəlman dövlətlərinə İslam dininə qarşı müxtəlif oyunlar təşkil edilir. Qərbdə mövcud olan ksenofobiya islamofobiya qütbləşməni yaradan aminlərdəndir. Bu isə sivilizasiyalar arasında dialoq yaratmağa çətinlik törədir. Azərbaycan bu çətin bir dövrdə öz multikulturalizm modelini təklif edir.

Sessiya müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2017.- 6 may.- S. 8.