UNEP Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa önəm verir

 

Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.

AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yerli regional səviyyədə görülən işlər, irəli sürülən təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.

Leyla Əliyeva qarşıdan gələn BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə toxunaraq, tədbirin çirklənmə mövzusuna həsr edilməsinin təqdirəlayiq olduğunu, müasir dünyada bu problemin yaratdığı təhlükənin ciddiliyini qeyd edib. O, rəhbərlik etdiyi IDEA kampaniyası tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması, təkrar emal tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə tədbirlər haqqında danışıb, Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Bununla yanaşı, Leyla Əliyeva IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi, xüsusən nəsli kəsilmək təhlükəsi altında olan nərə balığının qorunması üzrə səyləri, o cümlədən bu balığın artması üçün vacib olan Kür çayının deltasının təmizlənməsi layihəsi haqqında danışıb.

IDEA-nın təbiətin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən İbrahim Thiau bildirib ki, UNEP Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları digər maraqlı tərəflər ilə sıx əməkdaşlığa önəm verir.

UNEP IDEA-nın əsas məqsəd vəzifələrinin üst-üstə düşdüyünü nəzərə alaraq, tərəflər əməkdaşlığı davam etdirmək genişləndirmək niyyətində olduqlarını vurğuladılar.

Görüşün sonunda Leyla Əliyeva UNEP-in icraçı direktoru Erik Solxeymi Azərbaycana səfərə dəvət edib.

 

Azərbaycan.- 2017.- 6 may.- S. 9.