Ödəmə qabiliyyətini
itirmiş bankların rezolyusiyası və
sağlamlaşdırma tədbirləri çərçivəsində
qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi
Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli fərmanı ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin
164.1.36-cı maddəsinə əsasən
hazırlanmışdır və ödəmə qabiliyyətini
itirmiş bankların rezolyusiyası və
sağlamlaşdırma tədbirləri çərçivəsində
qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi
qaydasını müəyyən edir.
1.2.
Ödəmə qabiliyyətini itirmiş bankların
rezolyusiyası və sağlamlaşdırma tədbirləri
çərçivəsində qeyri-işlək (toksik) aktivlərin
təqdim edilməsi “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək
(toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin
qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim
olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən
ibarətdir.
2. Əsas anlayışlar
2.1. Bu
Qaydanın məqsədləri üçün qeyri-işlək
(toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasının normativ xarakterli aktlarına əsasən
qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə
bu aktiv üzrə təminatlar başa düşülür.
2.2. Bu
Qaydada istifadə olunan digər anlayışlar “Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş mənaları ifadə edir.
3. Qeyri-işlək aktivlərin təqdim
edilmə forması
3.1.
Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən
əvvəl bank tərəfindən həmin aktivlərin
qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid
olması barədə Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasının rəyi
alınır.
3.2. Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası tərəfindən bu Qaydanın 3.1-ci bəndində
nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində
verilməlidir.
3.3.
Ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası və sağlamlaşdırma tədbirləri
çərçivəsində qeyri-işlək (toksik) aktivlərin
təqdim edilməsi Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə müəyyən edilmiş
mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata
keçirilir.
3.4. Təqdim
edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə
birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək
aktivlər barədə məlumatlar ayrıca qeyd
olunmalıdır.
3.5. Təqdim
edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri
müqavilə tərəflərinin qarşılıqlı
razılığı əsasında müstəqil qiymətləndirici
(müstəqil qiymətləndiricilər) tərəfindən
müəyyən edilir.
3.6.
Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə
dair müqavilədə ən azı
aşağıdakılar göstərilməlidir:
3.6.1.
müqavilənin tərəfləri, predmeti, məbləği;
3.6.2. tərəflərin
hüquq və vəzifələri, məsuliyyəti;
3.6.3.
qeyri-işlək (toksik) aktivlərə ödəmə
qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu
yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.