Multikulturaltolerant dəyərlərin yayılmasında idmanın çox böyük rolu var

 

IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә UNESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqsülh naminə idmanmövzusunda plenar sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Banqkok ofisinin məsləhətçisi Kerolayn Bakster Tresizin moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, dünyada 6-7 min dil var, insanlar bir-birini anlamaq üçün bu dilləri öyrənir. Lakin idman elə bir unikal platformadır ki, burada hər kəs sözsüz bir-birini anlayır. İdman cəmiyyətdə narkomaniya, terrorizmekstremizmin yayılmasının qarşısını alır. Hazırda Azərbaycanda 1,5 milyon insan idmanla məşğul olur. İdman sülh siyasətidir. İdman aktiv həyat tərzini təşviq edir, çətinlikləri aşmağı öyrədir və tolerantlıq aşılayır. Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, idman infrastrukturu inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycan millisi beynəlxalq idman tədbirlərində böyük uğurlar qazanırlar.

Fuad Hacıyev qeyd edib ki, bir həftədən sonra "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda 20 idman növü üzrə yarışacaq.

Sülhİdman” təşkilatının təsisçisi və prezidenti, Dünya Olimpiyaçılar Assosiasiyasının prezidenti Joel Bouzou çıxışında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu mövzuda sessiyanın təşkilini yüksək qiymətləndirib və Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Joel Bouzou bildirib ki, idman dinindən, irqindən, dilindən asılı olmayaraq bütün insanları birləşdirir. İdman insanlara ədalətli olmağı öyrədir. Olimpiyaçılar, dünya çempionları sülh naminə insanlar arasında idmanı aktiv şəkildə təbliğ etməlidirlər. Məhz buna görə də mütəmadi olaraq yoldaşlıq oyunlarının keçirilməsi çox vacibdir.

Avropa Qeyri-Hökumət İdman Təşkilatının (ENGSO) baş katibi, Avropa Gənclər Şurasının rəhbəri Nevena Vukasinoviç qaçqın idmançıların qarşılaşdığı problemlər və onların həlli yolunda atılan addımlar barədə məlumat verib. Bildirib ki, qaçqın idmançılar üçün xüsusi onlayn idman lüğəti hazırlanıb. Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında tarixdə ilk dəfə olaraq qaçqınlar komandası iştirak edirdi.

Sonra Avropa idman forumuna həsr olunan videoçarx nümayiş etdirilib.

Muay tay üzrə Həvəskar Qadınlar Komissiyası Beynəlxalq Federasiyasının sədri, boks üzrə keçmiş dünya çempionu Sue Glassey bildirib ki, idman multikulturalizm və tolerantlıq dəyərlərinin yayılması üçün əvəzolunmaz platformadır. İdman insanları birləşdirir, onları həyatlarını qurmağa dəstək olur. Xüsusilə qadınların idmanla məşğul olması çox vacibdir, bu, sağlam gələcəyin əsasını qoyur.

Muay tay üzrə iranlı çempion Vahid Şahbazi ölkəsində idmanla bağlı bəzi məqamları diqqətə çatdırıb. O, idmanın xalqlar arasında yaxınlaşmada böyük rol oynadığını vurğulayıb, IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çərçivəsində aparılan bu müzakirələrin önəmli nəticələrinin olacağına əminliyini bildirib.

Sessiya müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 10.