Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Nassir Abdulaziz Al-Nasser Leyla Əliyevanı Nyu-Yorka, BMT-yə dəvət edib.

 

Azərbaycan.- 2017.- 7 may.- S. 10.