İordaniya parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

 

İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh Əl Taravnehin başçılıq etdiyi nümayəndə heyəti mayın 9-da Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya parlamenti Nümayəndələr Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

 

Azərbaycan.- 2017.-11 may.- S.3.