260 adda məmulat Türkiyədəki  “İDEF-2017” sərgisində nümayiş etdirir

 

İstanbulda keçirilən və Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğuIDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisinin rəsmi açılışı olub.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, açılışda müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

İlk dəfə 2009-cu ildə 27 adda müdafiə təyinatlı məmulatlaIDEFsərgisinə qatılan Müdafiə Sənayesi Nazirliyi IDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirir. Yerli mütəxəssislər tərəfində hazırlananTufanmilli zirehli maşını, “Vaşaqsnayper tüfəngi, lüləaltı qumbaraatan,12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu kimi bir sıra yeni məmulatlar xarici ölkədə keçirilən müdafiə sənayesi sərgisində ilk dəfədir nümayiş etdirilir.

Dünyanın 50 ölkəsindən 300-dək şirkətin qatıldığı “IDEF-2017” sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanır.

Sərginin ikinci günündə nazir Yavər Camalovun Türkiyənin milli müdafiə naziri Fikri İşıq və bir neçə hərbi sənaye şirkətinin rəhbərləri ilə görüşləri olub. Səmimi və mehribançılıq şəraitində keçən görüşlərdə iki qardaş ölkənin müvafiq qurumları arasındaki mövcud əməkdaşlıq əlaqələrinin inkişafı istiqaməti üzrə danışıqlar aparılıb. Eyni zamanda, nazir Y.Camalovun Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Monqolustanın müdafiə naziri Badmaanyambuu Bat-erdene və müdafiə sənayesi müstəşarı Byambaa Kolya ilə də görüşü olub və iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

Müdafiə Sənayesi Nazirliyinin stendiniIDEF-2017” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri də ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Mayın 12-dək davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun tədbirə qatılan bir sıra ölkələrin də nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

IDEF-2017” sərgisinə qatılan ölkələrin nümayəndə heyətlərinə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci ildə Azərbaycanda keçiriləcəkADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.

 

Azərbaycan.- 2017.- 11 may.- S.7.