Erməni yalanlarını alt-üst edən əsər

 

Professor Musa Qasımlının kitabı Ankarada təkrar nəşr edilib

 

Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa QasımlınınErməni sorunu böyük dövlətlər.1724-1920 (Ankara, Astana yayınları, 2017, 480 səh.)” əsəri Ankarada yerləşən məşhur “Astana yayınlarıtərəfindən min nüsxə turajla nəşr edilib.

Azərbaycan, Rusiya, Gürcüstan,  ABŞ, Böyük Britaniya Türkiyənin  ən mötəbər arxiv materialları, sənədli, o cümlədən rus dilli erməni mənbələri müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat əsasında yazılmış monoqrafiyada məlum dövlətlər tərəfindənŞərq məsələsi”nin tərkib hissəsi kimi uydurmaerməni məsələsi”nin quraşdırılması, həlli üçün atılan addımlar, qarışıq dövrlərdə erməni siyasi-terror təşkilatlarının  Anadoluda Cənubi Qafqazdakı qanlı fəaliyyətləri onun ağır nəticələri, törətdikləri kütləvi qırğınlar, daşnak Ermənistanın mülki türk, müsəlman əhaliyə qarşı törətdiyi soyqırımıları, böyük dövlətlərin siyasəti s. məsələlər araşdırılmışdır. Əsərdə  erməni soyqırımıdeyilən bir məsələnin siyasi məqsədlər üçün uydurulduğu tarixi mənbələr əsasında bir daha sübut edilib.

 Tarixçi, siyasətçi diplomatlar üçün nəzərdə tutulan əsərdə istifadə edilən mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib.

Qeyd etmək lazımdır ki, M.Qasımlının bu əsəri əvvəllər Bakı, Moskva Ankarada Azərbaycan, rus, ingilis türk dillərində nəşr edilmişdi.  “Astana yayınlarıelmi, siyasi diplomatik dairələrin ehtiyacını nəzərə alaraq, hələ 2015-ci ildəİpək Universitetinəşriyyatında çap olunmuş kitabı yenidən tirajlayıb. Əsərin elmi redaktoru görkəmli türk tarixçisi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçəkdir.

 

Azərbaycan.- 2017.-11 may.- S.16.