BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib RifaininDostluqordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib RifaiDostluqordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 12 may.- S. 3.