Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 485; 2006, ¹ 11, maddə 948; 2008, ¹ 11, maddə 969; 2009, ¹ 4, maddə 226, ¹ 10, maddə 785; 2010, ¹ 2, maddə 80; 2012, ¹ 12, maddə 1242; 2013,

¹ 5, maddə 494, ¹ 12, maddə 1538; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. I hissənin 2-ci bəndinin on birinci abzasında “MTN - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə, on altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

“XKX - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.”.

2. II hissənin 1-ci - 5-ci bəndlərində, III hissənin 8-ci - 10-cu bəndlərində, IV hissənin 12-ci - 17-ci, 21-ci - 25-ci, 29-cu, 30-cu bəndlərində, V hissənin 32-ci - 39-cu bəndlərində “MTN,” akronimi “DTX, XKX,” akronimləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 14 may.- S. 7.