Milli Məclis Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan bədnam qərara etiraz etdi

 

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. İclasda 10 məsələ müzakirə olunub.

Əvvəlcə deputatlar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı məsələyə münasibət bildiriblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsinə gəlib çıxması o deməkdir ki, orada bizi sevənlər çoxdur. Bunu onların politoloqları, siyasətçiləri açıq şəkildə deyirlər. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir.

Bahar Muradova bildirib ki, bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir. Bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir, vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Düşünürəm ki, bu, Rusiyanın rəsmi mövqeyi deyil.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan tolerant ölkədir burada yaşayan bütün xalqlara münasibət eynidir. Bu baxımdan ölkəmizdə rus dili mədəniyyəti inkişaf etdirilir. Təbii ki, biz istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara belə münasibət göstərilsin. Başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Sonra çıxış edən parlamentin ictimai birliklər dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Bu addım Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Siyavuş Novruzov qeyd edib ki, Rusiyada bəzi qüvvələr öz maraqlarını üstün tutaraq iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edir. Azərbaycan həmişə Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir bunun da qarşılığını görmək istəyir. Azərbaycan parlamenti, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı Rusiya tərəfinə ciddi müraciət etməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri bu məsələyə münasibət bildirməlidirlər.

Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı qərardan narahatlığını bildirib. M.Zabelin Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara tolerant münasibətini yüksək qiymətləndirib. O deyib: “Azərbaycanda yaşayan ruslar bu ölkədə rus mədəniyyətinə, dəyərlərinə dilinə göstərilən hörməti yüksək qiymətləndirirlər. ÜAK-ın ləğvi ilə bağlı qərar bizi narahat edir. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar məsələyə münasibətlərini ifadə etdilər”.

Deputatlar Arif Rəhimzadə, Əli Hüseynli, Zahid Oruc, Əflatun Amaşov, Aydın Mirzəzadə, Elman Nəsirov, Fazil Mustafa, Elmira Axundova, Fərəc Quliyev, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Çingiz Qənizadə, Sahib Alıyev, Hikmət Məmmədov iclasda çıxış edərək ÜAK-ın fəaliyyətinə xitam verən Rusiya Ali Məhkəməsinin qərarından ciddi narahatlıqlarını ifadə ediblər.

Bildirilib ki, Rusiyanın azərbaycanlı icması iki ölkənin siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.

Qeyd edilib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir.

Fikir mübadiləsinin yekununda Milli Məclisin sədri Oqtay Əsədov məsələnin çözülməsi istiqamətində müəyyən tapşırıqlar verib. Bildirib ki, ÜAK-ın ləğvi Azərbaycan üçün çox xoşagəlməz hadisədir. Ölkəmiz hər zaman beynəlxalq təşkilatlarda Rusiyanın mövqeyini dəstəkləyib dost münasibətini göstərib. Təəssüf ki, Rusiyadakı bəzi qüvvələrin, bəzi xüsusi maraqların erməni diasporunun dəstəyi ilə vaxtaşırı belə hadisələrlə qarşılaşırıq.

Sonra gündəliyə daxil olan “Şəhərsalma və Tikinti”, “İnzibati Xətalar” məcəllələrinə və “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna texniki dəyişikliklər müzakirə edilib.

 

Azərbaycan.- 2017.- 17 may.- S.7.