Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 381; 2016,   ¹ 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2017-ci il

 

Azərbaycan.- 2017.- 18 may.- S.10.