Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 274, ¹ 12, I kitab, maddə 680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr 576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə 457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə 592; 2011, ¹ 3, maddə 163; 2012, ¹ 5, maddə 409; 2013, ¹ 6, maddə 592; 2015, ¹ 5, maddə 490) aşağıdakı dəyişikliklər edilsin:

1. 94.1-ci maddədə, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddədə “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilsin.

2. 97.2.2-ci maddənin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2017-ci il

 

Azərbaycan.- 2017.- 19 may.- S. 9.