İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak edir

 

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanında səfərdədir

 

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Ər-Riyad şəhərinin “King Salman Air Base” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.

 

Azərbaycan.- 2017.- 21 may.- S. 1.