Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Peru Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar hadisə ilə əlaqədar Sizə Azərbaycan Respublikasının rifahı naminə ən xoş arzularımı yetirir, həmçinin dövlətlərimiz arasında ikitərəfli münasibətlərin davam etdirilməsi və möhkəmləndirilməsi üçün müxtəlif sahələrdə əməkdaşlıqda və Bakıda ölkəmizin səfirliyinin açılmasında Peru tərəfinin marağını Zati-alinizə çatdırmaq istəyirəm.

Bir daha səmimi təbriklərimi bildirirbu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

Pedro Pablo Kuçinski

Peru Respublikasının Prezidenti

 

Azərbaycan.- 2017.- 26 may.- S.3.