Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə xoşbəxtlik, möhkəm cansağlığı arzu edirəm. Əminəm ki, ölkələrimizi bir-birinə bağlayan səmimi əlaqələr qarşıdan gələn illərdə daha da möhkəmlənəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin.

Hörmətlə,

 

Ernest Bai Koroma

Syerra Leone Respublikasının Prezidenti

 

Azərbaycan.- 2017.- 26 may.- S.3.