Bayraqdarlarla görüş keçirilib

 

Ölkəmizdə yüksək səviyyədə təşkil olunan, böyük təntənə ilə keçirilən və idmançılarımızın parlaq qələbəsi  ilə başa çatan IV İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini vermiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə 24 may 2017-ci il tarixdə görüş keçirilmişdir.

Tədbirdə Azərbaycanın daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi edərək tarix yazması, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının dövlətimizin gücününiqtisadi qüdrətinin növbəti tərənnümünə çevrilməsi xüsusi qürurla vurğulanmışdır.

Görüşdə IV İslam Həmrəyliyi Oyunlarında qalib komandaların dövlət bayraqlarının idman meydanlarına çıxarılması və dalğalandırılması kimi məsuliyyətli və şərəfli missiyanın məhz Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına həvalə edilməsini yüksək etimad kimi qiymətləndirən sərhədçilərin vəzifələrinin öhdəsindən layiqincə gəldikləri iftixarla qeyd edilmişdir.  Mötəbər idman yarışında 162 medalla 54 ölkə arasında birinci olan Azərbaycan yığma komandasının tərkibində “Sərhədçi” idman klubunun üzvlərinin 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmasının sərhədçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılandığı bildirilmişdir.

Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılmışlar.

 

Azərbaycan.- 2017.-26 may.- S.6.