Xanım Emiliya Beneşə

 

Hörmətli xanım Beneş.

Həyat yoldaşınızgörkəmli dövlət xadimi ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı səmərəli fəaliyyəti, zəngin təcrübəsi yüksək peşəkarlığı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, dərin strateji araşdırmaları, hərtərəfli siyasi təhlilləri ilə dünyada sülhün, təhlükəsizliyin sabitliyin bərqərar olması, münaqişələrin gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman böyük rəğbət bəslənilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri olmuşdur.

Atam Prezident Heydər Əliyevlə aralarında mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə həmişə yüksək tuturuq, ən xoş təəssüratlarla xatırlayırıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə Sizə ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 may 2017-ci il.

 

Azərbaycan.- 2017.-28 may.- S.2.