Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

SiziSizin şəxsinizdə bütün Azərbaycan xalqını dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin enerjinizmüdrikliyiniz sayəsində Azərbaycanda həyata keçirilən dəyişikliklər bu gün cəmiyyətdə birliyi qoruyub saxlamağa imkan verir, sosial problemlərin həllində mühüm nəticələr əldə etməyə və respublika sakinlərinin rifahını yüksəltməyə şərait yaradır.

Əminəm ki, Sizin gözəl diyarınızda həmrəylik və yaradıcı əmək şəraitində Azərbaycan Respublikası naminə yeni təşəbbüslər və planlar uğurla həyata keçiriləcək.

Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, gözəl diyarınıza sülh, tərəqqi və rifah arzu edirəm.

Hörmətlə,

 

Yunusbek Yevkurov

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı

 

Azərbaycan.- 2017.- 28 may.- S.2.