Donald Trampdan İlham Əliyevə tam dəstək

 

ABŞ Azərbaycan Prezidentini fəal tərəfdaş elan etdi onunla daha gözəl gələcək naminə birgə fəaliyyət yürüdəcəyini rəsmən açıqladı

 

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin tarixi bu ilin fevralında 25 il oldu. Bu müddətdə demokratları ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq dünyanın fövqəldövlətinə rəhbərlik etmiş bütün prezidentlər onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıb. Bərabərhüquqlu qarşılıqlı ikitərəfli münasibətlər tədricən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib.

Son prezident seçkilərindən sonra ABŞ-ın digər ölkələrlə münasibətlərinin davamının hansı məcrada olacağı, Vaşinqtonun siyasətində hansı dəyişikliklərin baş verəcəyi beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri idi. Bu gün görünən odur ki, Vaşinqtonun xarici siyasətində, beynəlxalq müstəvidə bir sıra məsələlərə yanaşmasında korrektələr edən yeni Prezident Donald Tramp onun administrasiyası evin illərdən bəri formalaşmış xarici siyasi xəttini keyfiyyətcə yeni çərçivədə həyata keçirmək istəyir.

Azərbaycanla münasibətlərə gəldikdə isə Donald Trampın prezidentliyə başlamasından sonra rəsmi Bakı ilə ev arasında yüksək səviyyəli təmas olmayıb. Siyasi dairələrdə kütləvi informasiya vasitələrində iki ölkənin münasibətlərinin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə , Prezident Donald Trampın Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu bütün suallara nöqtə qoydu. Çünki bu məktub göstərdi ki, Azərbaycanla əlaqələri yüksək qiymətləndirən ABŞ-ın yeni Prezidenti münasibətlərin daha da inkişafının tərəfdarıdır.

Respublika Günü münasibətilə Prezident İlham Əliyevi Azərbaycan xalqını ABŞ xalqı adından təbrik edən Donald Trampın məktubunda yazılır: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq təhlükəsizlik, iqtisadi əməkdaşlıq demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.

Göründüyü kimi, ABŞ-ın xarici siyasətində bir sıra məsələlərlə bağlı rəhbərliyə başladığı ilk günlərindən kardinal dəyişikliklər edən evin yeni sahibi Azərbaycanla əvvəlki dönəmdə formalaşmış əməkdaşlıqdan təkcə məmnunluğunu ifadə etməklə kifayətlənmir. Həm əlaqələrin inkişafından söz açır. Bu da səbəbsiz deyil. Çünki ABŞ-ın yeni rəhbərliyi bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji beynəlxalq maraqların toqquşduğu bir coğrafiyada yerləşən ölkəmizin yeritdiyi müstəqil siyasəti görür. Donald Trampın rəhbərliyi ilə yeni ABŞ administrasiyası da sələfi kimi həm onu qəbul edir ki, bu ərazilərdə iqtisadi maraqları olan dövlətlər özlərinin bütün addımlarını Azərbaycanın maraqlarını nəzərə almaq şərti ilə atırlar. Beləliklə, Birləşmiş Ştatların yeni Prezidentinin Azərbaycana bir qədər fərqli, daha dəqiq desək, strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha Azərbaycanın bölgədəki üstün mövqeyini təsdiq edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra həyata keçirilən iqtisadi islahatlar qazanılan uğurlar bir çox dövlətlərin diqqətini cəlb edib. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurla reallaşmasını təmin edən Prezident İlham Əliyev neft gəlirlərindən səmərəli istifadə etməklə Azərbaycan iqtisadiyyatını inkişaf yoluna çıxarıb. indi davam edən islahatlar öz nəticəsini verməkdədir. İqtisadi sosial sferada əldə olunan uğurlar həm ölkəmizin enerji siyasətinin təntənəsi, həm düşünülmüş iqtisadi siyasətin nəticəsidir. ABŞ isə Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlarından biridir. Məktubunda bu sahədəki əməkdaşlığa görə ölkəmizin başçısına minnətdarlığını ifadə edən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində işləri qiymətləndirən Donald Tramp həm daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləmək arzusunda olduğunu bildirir: “Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir biz bu sahədə uzunmüddətli uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm həm ölkələrimiz, həm dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

Ötən həftə Səudiyyə Ərəbəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammiti son dövrlərdə daha da gərgin xarakter alan islam-xristian sivilizasiyalarının gələcək münasibətlərinin müəyyən edilməsi ilə bağlı mühüm hadisə oldu. Eyni zamanda zirvə görüşünün qlobal miqyasda baş verən məlum proseslərdə dönüş yaradacağı ehtimalı da yüksəkdir. Həmin sammitdə çıxışı zamanı D.Tramp demişdi: “Biz bura mühazirə oxumaq üçün, başqalarına necə yaşamalı olduqlarını demək üçün gəlməmişik. Yaxşı gələcək naminə birgə maraqlar dəyərlərə əsaslanan tərəfdaşlıq üçün burdayıq”.

ABŞ dövlət başçısının cənab İlham Əliyevə ünvanladığı məktubda da bu ifadələrin yer alması göstərir ki, Donald Tramp Azərbaycan Prezidentinin İslam həmrəyliyi yaratmaq, sivilizasiyalararası dialoqu inkişaf etdirmək, terrorizmə qarşı daha effektiv mübarizə aparmaq barədə təşəbbüslərini yüksək qiymətləndirir. Ən əsası Donald Tramp Prezident İlham Əliyevi bu sahədə lider olaraq qəbul edir. Bu həm onu göstərir ki, Donald Trampın digər müsəlman dövlətlərinin rəhbərlərinin sammitdə irəli sürdükləri tezislərin İlham Əliyev tərəfindən illər öncədən gerçəkləşdirilməsinə başlanılması beynəlxalq səviyyədə diqqətdən yayınmır.

Öz növbəsində Prezident İlham Əliyev mayın 26-da “Butasarayında Respublika Günü münasibətilə rəsmi qəbulda Donald Trampın Ərəb-İslam-Amerika Sammitindəki fikirlərini yüksək qiymətləndirərək deyib: “Təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika Prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni bu səfərin Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər, əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan”.

Həm Donald Trampın məktubu, həm Prezident İlham Əliyevin sözləri onu deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətləri bundan sonra da bərabərhüquqlu strateji formatda davam edəcək. Əlaqələrin bu şəkildə inkişafı isə hər iki dövlətin maraqlarına uyğun olmaqla yanaşı, beynəlxalq səviyyədə sülhə təhlükəsizliyə böyük töhfə verir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-28 may.- S.1.