Britaniya parlamentində Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zamanüçcildliyinin təqdimatı olub

 

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zamanüçcildliyi Londonda işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “TEAS Press” nəşriyyatında çapdan çıxan üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.

AZƏRTAC xəbər verir ki, TEAS-ın təşkilatçılığı ilə Britaniya parlamentində kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Britaniya parlamentinin nümayəndəsi Bob Bləkmən çıxış edərək dahi şəxsiyyət Heydər Əliyev haqqında yazılan kitabın təqdimat mərasimində iştirakdan məmnunluğunu ifadə edib. O, bütün dünyada olduğu kimi, Britaniyada da dahi şəxsiyyət və siyasi xadim kimi məşhur olan Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev haqqında kitabın Londonda nəşr edilməsini yüksək qiymətləndirib.

TEAS-ın London üzrə direktoru Cek Peqoraro Cəmiyyətin fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında yazılan kitabın Londonda işıq üzü görməsini yüksək qiymətləndirən C.Peqoraro bu mühüm tədbirə təşkilatçılıq etməkdən məmnunluğunu bildirib.

Böyük Britaniyanın tanınmış tədqiqatçısı Tamara Draqadze Ümummilli Liderlə görüşlərini yada salıb, xatirələrini bölüşüb. Çıxışında 1990-cı illərin əvvəllərində regionda mövcud mürəkkəb siyasi vəziyyətə toxunan T.Draqadze Heydər Əliyevin zəngin siyasi təcrübəsi və düşünülmüş addımları sayəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb. O, Ulu Öndərin dünyada tanınmış siyasi xadimlər arasında layiqli yer tutduğunu vurğulayıb, belə dahi şəxsiyyət yetirdiyi üçün Azərbaycan xalqının xoşbəxt olduğunu qeyd edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Elmira Axundova deyib: “… 1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduqo mənə keçmiş həyatından, Qarbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdımona düzünü desəm acıyırdım – qocalmış, sınıxmış o, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. heç kəs dünyada, çox güman, o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaqdır. Üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın. O, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaqdır.

Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn ağlagəlməz vəziyyətlərin əksinə olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi? Mənə elə gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən ibarətdir. Çörçil bir dəfə demişdir: “Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir”. Heydər Əliyev zamana vəziyyətə müqabil dəyişə bilir bunu kifayət qədər orqanik edirdi. Zira onun üçün əsas doğma vətənininsevimli Azərbaycanın milli maraqları idi.

Bu üçcildliyin iki qəhramanı varHeydər Əliyev Zaman, qəhrəmanımın özü kimi ölçüyə gəlməyən, ziddiyyətli, faciəli parlaq XX əsr.

Heydər Əliyev çox çətin bir ömür yaşayıb. Î, sitayiş etdiyi idealların puça çıxmasını görüb, sədaqətlə, cani-dildən xidmətində durduğu ölkənin dağılmasına tab gətirib. O, yeni dövrə qədəm basaraq həyatını sıfırdan başlayaraq siyasi Olimpi ikinci dəfə fəth edib. Lakin bu tamamilə başqa bir ölkədə, başqa bir dövrdə baş verib. Hərdən mənə elə gəlirdi ki, mən müxtəlif adamlar haqqında yazıram, çünki ağlagəlməz dərəcədə fərqli faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır. Bir neçə tarixi dövrü əhatə etmiş ömür.

Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Suleymenov demişdir ki, bu kitabları yazdıran Məhəbbətdir. Mən həqiqətən öz qəhrəmanımı sevirəm istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizdə ona qarşı eyni hisslər kök salsın.

Bu kitabın ingilis dilinə tərcüməsində nəşrində iştirak edən hər kəsə ilk növbədə Tale Heydərov başda olmaqlaAvropa-Azərbaycan cəmiyyətikomandasına təşəkkürümü bildirmək istəyirəm. Onlar çox böyük görüblər, hamısına minnətdaram! Üçcildliyin təqdimatını Avropanın düz ürəyində təşkil edənlər çox sağ olsunlar. Əminəm ki, bu kitablarla tanışlıq çətin, eyni zamanda maraqlı səyahət olacaq bir çox suallara cavab tapmaq imkanı verəcəkdir”.

Qeyd edək ki, ingilis dilində nəşr olunanHeydər Əliyev. Şəxsiyyət zamanüçcildliyinin birinci kitabı (HEYDƏR ƏLİYEV. CANLI TARİX) XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin Prezidentin şəxsi arxivində zamanı aşkar edilən unikal sənədlərə əsaslanır, əsərin qəhrəmanının uşaqlıq gənclik illərindən, onun dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs edir.

İkinci kitabda (KREMLDƏ BEŞ İL) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. 1982-1987-ci illərdə SSRİ-nin ən nüfuzlu fəal rəhbərlərindən biri olan Heydər Əliyevi Qərb mətbuatı gələcəkdə hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə potensial namizəd kimi görürdü...

Bu kitabda Elmira Axundova Heydər Əliyevin SSRİ-nin üç baş katibi ilə - Y.Andropov, K.Çernenko M.Qorbaçovla münasibətlərindən bəhs edir. Kremlin sirləri intriqaları, Siyasi Büro daxilində münasibətlər, Heydər Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı sonu, Qarabağ münaqişəsi onun nəticələri, Heydər Əliyevin istefasının əsl səbəbləri SSRİ-nin süqutubütün bunlar bəzən siyasi bestselleri xatırladan tükənməz maraqla oxunan ikinci kitabda əks olunur.

Üçüncü kitabda (Qayıdış) Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edir. 1990-cı ildə Azərbaycanın o zamankı rəhbərliyinin müqavimətinə baxmayaraq, Heydər Əliyev özkiçik vətəni”nə - blokadada yaşayan Naxçıvana qayıtdı. Böyük gərgin səylər nəticəsində Heydər Əliyev muxtar respublikanı aclıqdan soyuqdan, həmçinin Ermənistan işğalından xilas etdi.

1993-cü ildə xalqın iradəsi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdır. Üçüncü kitabın ikinci hissəsində Heydər Əliyevin Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, ölkəni parçalanmadan xilas etməsi, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına ölkənin XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətində gördüyü işləri əks olunub. Kitabda canlı şahidlər, müxtəlif vaxtlarda Heydər Əliyevlə birgə işləmiş insanlar danışır. Onların xatirələri kitaba etibarlılıq səmimilik gətirir.

Bütövlükdə, üçcildlik Heydər Əliyevin XX əsrdə cərəyan edən tarixi hadisələrin fonunda verilən ən dolğun obyektiv tərcümeyi-halıdır.

Çıxışlardan sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonda tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.

 

Azərbaycan.- 2017.-2 noyabr.- S.4