Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

 

Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli  Qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

 Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan.- 2017.-4 noyabr.- S.2.