Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

 

İsayev Etibar Cavanşir oğlu

Kərimov Telman Kərim oğlu

Tağıyev Səbuhi Qiyas oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-7 noyabr.- S.2.