Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Paşayeva Gülşən Məmmədəli qızı

Allahyarova Tahirə Bəkir qızı

Vəliyev Cavid İsmayıl oğlu

Məhəmmədi Məsiağa Əhməd oğlu

Sadıxov İsmayıl Ənvər oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-11 noyabr.- S.7.