“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 984; 2007, ¹ 6, maddə 562, ¹ 10, maddə 938, ¹ 12, maddə 1196; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddələr 507, 517; 2010, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 612; 2014, ¹11, maddə 1371; 2015, ¹ 6, maddə 684, ¹ 11, maddə 1296; 2016, ¹ 3, maddə 405, ¹ 11, maddə 1771; 2017, ¹ 5, maddə 740, ¹ 7, maddələr 1302, 1309) 22.0.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“22.0.4. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda valyuta tənzimi ilə bağlı Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində qərarlar qəbul edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-12 noyabr.- S.1.