Şahdağda beynəlxalq rəqs festivalı keçirilib

 

Şahdağturizm mərkəzində çoxdan gözlənilən Latın Amerikası rəqsləri festivalı keçirilib. Festivala ABŞ  İspaniyadan dünya şöhrətli  salsa ustaları - İvana AdlerShaka Brown,  Alba FernandezDavid Moyano cütlükləri də qatılıblar.  Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let's dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin təmsilçiləri də daxil  olmaqla  tədbirdə 220-dən çox rəqqas iştirak edib.

Festivalın  birinci hissəsində İvana AdlerShaka BrownSalsa”, Alba FernandezDavid Moyano isə “Baçata” rəqsləri üzrə təlim keçiblər. İkinci hissəsində rəqqaslar öz bacarıqlarını nümayiş etdirərək iştirakçılarda əsl bayram əhvali-ruhiyyəsi yaradıblar.

Festival çərçivəsində  Gürcüstan Milli Sosial Rəqs Federasiyasının prezidentinin iştirakı ilə “Kizomba” rəqsi üzrə də təlimlər  təşkil olunubbu da rəqs həvəskarları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda ilk olmasına  baxmayaraq, festival  xaricdən, həmçinin Bakıdan və  regionlardan gələn qonaqlar tərəfindən alqışlanıb.  Bu marağı nəzərə alan təşkilatçılar festivalı  ənənəvi olaraq hər ildaha geniş miqyasda keçirməyi  düşünürlər.

Xatırladaq ki,  Şahdağ” Qış-Yay Turizm Kompleksi Qusar şəhərindən 30 kilometr şimaldakı Şahdağ Milli Parkının ərazisində inşa edilib, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Kompleksdə qış turizmi, həmçinin mədəni istirahət və əyləncə üçün yüksək komfortlu infrastruktur və digər lazımi şərait yaradıldığından  Şahdağ” istər xarici, istərsə də yerli turistlər arasında populyardır. Bu səbəbdən beynəlxalq səviyyəli festivalya digər tədbirləri  burada keçirməyə can atan da çoxdur, iştirak etmək istəyən də.

 

Akif  ƏLİYEV,

 

Azərbaycan.- 2017.-18 noyabr.- S.7.